Avqustun 25-də səhər saatlarında Ermənistan parlamentində vəziyyət hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Ayk Sarkisyanın çıxışı zamanı yenidən kəskin şəkildə pisləşib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “news.am” saytı yayıb.
Mənbə yazır ki, Sarkisyan vətəndaşları pulla və ya bir telefon zəngi ilə ordudan azad edən müdafiə nazirlərinin xəyanətkar olması faktından danışıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Qarabağla bağlı səhvini açıqladı
Bu sözlər müxalifətçi deputatları qəzəbləndirib və onlar Sarkisyana tərəf butulka atıblar. Sonra zalda vəziyyət qızışıb, dava başlayıb. Təhlükəsizlik işçiləri zala daxil olublar.
Bizim.Media