Türkiyədə bu günədək koronavirus əleyhinə 90 milyon dozadan çox vaksin vurulub.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
MÖVZU İLƏ BAĞLI:
Peyvənd olunanların sayı AÇIQLANDI
Ümumilikdə, Türkiyədə birinci doza ilə peyvəndlənənlərin sayı 46,6 milyon nəfəri, iki doza ilə peyvəndlənənlərin sayı 35,6 milyon nəfəri keçib.
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca ölkədə 15,5 milyon nəfərin peyvənd olunmadığını bildirərək, dərs ilinin başlayacağı sentyabrın 6-dək əhalini vaksin olunmağa çağırıb.
Bu günədək Türkiyədə 6,2 milyondan çox şəxs koronavirusa yoluxub, 54 765 nəfər vəfat edib.
Bizim.Media