Qara göl ətrafında vəziyyət gərginləşib? – Ermənilərin İDDİASI

Hazırda oxunan: Qara göl ətrafında vəziyyət gərginləşib? – Ermənilərin İDDİASI

33883

“Qara göl ətrafında Azərbaycan ordusu irəliləməyə çalışıb. Hazırda vəziyyət həddindən artıq gərgindir”.

Bizim.Media xəbər verir ki, bu iddia ilə erməni bloger Mika Badalyan özünün Telegram kanalında çıxış edib.

Onun sözlərinə görə, hər iki tərəfin hərbçiləri "bir-birinə çox yaxın" ərazilərdə mövqe tutublar.

Bildirilir ki, Rusiya hərbçilərinin iştirakı ilə vəziyyəti stabilləşdirməyə çalışırlar. Bloger əlavə edib ki, Zəngəzur mahalında qarşıdurmanın artması ciddi narahatlıq doğurur, çünki son 4-5 həftə ərzində bu ərazidə sükut hökm sürürdü, indi isə pis xəbərlər əsasən oradan gəlir.

Badalyan xatırladır ki, Qara göl strateji olaraq Azərbaycan üçün çox əhəmiyyətlidir.

Bloger son anda yazıb ki, bir neçə mənbədən alınan məlumata görə, Azərbaycan ordusu yaxın vaxtlarda bu bölgədə hərbi əməliyyatlara başlayacaq:

“Ancaq buna heç inanmaq istəməzdim. Qoy tərəflərin söhbət apardıqları xəbəri düz çıxsın. Fərqli mənbələrdən isə son dərəcə həyəcanverici xəbərlər gəlir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin