“Mirzoyanın nazir təyinatı sülh danışıqlarını aktivləşdirəcək” - Ermənistanlı hüquq müdafiəçisi

Hazırda oxunan: “Mirzoyanın nazir təyinatı sülh danışıqlarını aktivləşdirəcək” - Ermənistanlı hüquq müdafiəçisi

33629

Ararat Mirzoyanın Ermənistanın xarici işlər naziri vəzifəsinə təyin edilməsi sırf partiya üzvlüyü ilə əlaqədardır. Belə ki, Mirzoyan Ermənistan Respublikasının hakim partiyasını təmsil edən yeni nəsil siyasətçidir və o, heç vaxt peşəkar diplomat olmayıb.

Bizim.Media xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Georgi Vanyan caliber.az-a açıqlamasında deyib.

“Simvolik olaraq, bu təyinat sülh danışıqlarını aktivləşdirə bilər. Mən simvollardan danışıram, çünki təhlilin digər aspektləri hazırda bizim əlimizdə deyil.

Ya danışıqlar bu şəkildə aparılmır, ya da gizli şəkildə davam edir. Heç kim Rusiyanın vasitəçiliyini ləğv etməyib. Analitiklər və jurnalistlər məlumatın az olması səbəbindən, həm Azərbaycanda, həm də Ermənistanda siyasi rəhbərliyin çıxışlarında və ya hökumətyönümlü mediada informasiya təqdim etmə tendensiyalarında nüansları anlamağa çalışırlar. Ancaq xatırlatmaq istəyirəm ki, bu, nankorluqdur. “Nə sülh, nə müharibə” sinusoidi uzun illərdir informasiya sahəsində işləyir və 44 günlük müharibədən sonra yenə başlayıb.
 

Düşmənçiliyin pik həddi başqa mövzulara diqqəti yayındırmaqla əvəzlənir, sonra nədənsə yenidən yüksəlir, danışıqlar prosesinə ümidsizlik və inamsızlıq aşılayır.


Ceyhun Bayramov və Ararat Mirzoyan vəziyyəti dəyişə və üzbəüz görüşə bilərmi?

Onlar heç olmasa, simvolik olaraq üçtərəfli formatdan çıxıb öz cəmiyyətləri üçün geniş tərkibli mətbuat konfransı keçirə bilərlərmi? Yalnız bundan sonra Mirzoyanın Ermənistan xarici işlər naziri vəzifəsinə təyin olunmasını ciddi şəkildə qiymətləndirmək mümkün olacaq”, - deyə G.Vanyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin