“Laçın dəhlizində mülki şəxslərin hərəkəti aktivləşir. İnsanlar öz ailələri ilə evlərinə qayıdırlar”.
Bizim.Media "Tass"a istinadən xəbər verir ki, bunu Rusiya sülhməramlılarının nümayəndəsi bildirib.
Bildirilib ki, yolun İrəvan-Xankəndi istiqamətində nəqliyyatın hərəkəti ilk günlərlə müqayisədə xeyli artıb:
“Bizim vəzifəmiz yolun bu hissəsində təhlükəsizliyi təmin etmək və gələn avtomobillərin qeydlərini aparmaqdır. Hər şey qaydasındadır. İnsanlar ailələrini və əşyalarını daşıyırlar” .
Qeyd edək ki, noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan liderləri Dağliq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata görə, Rusiya sülhməramlıları Laçın dəhlizi boyunca yerləşdirilib.
Bizim.Media