"Paşinyan Osmanlı İmperiyasının bərpasında danılmaz dərəcədə mühüm rol oynayır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan “Siyasi İqtisadiyyat” Araşdırma İnstitutunun siyasi icmalçısı, politoloq Beniamin Matevosyan özünün Facebook səhifəsində yazıb:
"Bakı 27 sentyabr 2020-ci ilə qədər həm Moskva, həm də Ankara ilə bərabər məsafəli əlaqələr illüziyasını qorumağa çalışırdısa, 44 günlük müharibədən sonra Ankaranın "siyasi tərəfdaşı" oldu. Ərdoğan bundan həm Tehrana, həm də Moskvaya qarşı istifadə edəcək.
Bir çoxları başa düşmədilər (və indi də başa düşmürlər) ki, keçən ilki müharibə Qarabağ üçün deyil, Türkiyəyə lazım olan Zəngəzur üçün idi, İran və Rusiya isə uzaq hədəfdir. Ərdoğan bizə qarşı apardığı mübarizəni niyə İran və Rusiyaya qarşı edə bilməz?
Bu baxımdan diqqəti çəkən məqam budur ki, İlham Əliyev CNN Türk-ə verdiyi müsahibədə Ermənistan hakimiyyətinin fəaliyyətindən daha çox, rəsmi Moskvanın fəaliyyətindən danışdı və Rusiyanın Ermənistanı niyə silahlandırdığını bildirdi.
Azərbaycan Prezidentinin son çıxışı yeni müharibə təhlükəsinin hələ də davam etdiyini göstərən sadə həqiqəti bir daha təsdiq etdi. Üstəlik, yeni müharibə artıq Qarabağda deyil,
Ermənistan ərazilərində baş verəcək.
Yenə sual vermək olar: Əgər Qarabağ müharibə yolu ilə təslim ola bilirsə, niyə Arazdəyən (Yerasx) və ya Əskipara (Voskepar) ilə eyni şey edilə bilməz? Əgər Rusiya Prezidentinin təklifinə "yox" deyirsənsə və Şuşanın süqutunu gözləyib, sonra müharibəni dayandırırsansa, indi də Putinə əvvəlcə bir daha "yox" deyirsən, azərbaycanlılar Zəngəzur dəhlizini açana qədər gözləyirsən, sonda isə müharibəni dayandırırsan.
Azərbaycan Prezidentinin çıxışından məlum oldu ki, əslində Bakı və Ankara Ermənistan Silahlı Qüvvələrinin yenidən silahlanmasına kəskin şəkildə qarşıdırlar.
Moskva isə bəyan etdi ki, bunu Azərbaycan və Türkiyənin istəklərindən asılı olmayaraq davam etdirir. Ancaq burada Ermənistan hakimiyyətinə rəsmi Moskvanın, yoxsa Ankara və Bakının mövqeyinin daha yaxın olduğunu öyrənmək maraqlı olardı. Əgər Rusiyanın müqaviməti olmasaydı, rəsmi İrəvan artıq Azərbaycanın "ərazi bütövlüyünü" tanıyacaqdı və nəhayət Qarabağdan, orada müvəqqəti yaşayan ermənilərindən imtina edəcəkdi”.
Bizim.Media