Avqustun 25-də Ermənistanda üç aylıq hərbi təlim toplanışına başlanılacaq.
Bizim.Media xəbər verir ki, informasiyanı “armeniasputnik.am” saytı ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.
Bu haqda qərar hökumət tərəfindən qəbul edilib.
"Ehtiyatda olan hərbi qulluqçuların yenidən hazırlanması və bacarıqlarının artırılması məqsədi ilə 25 avqust-25 noyabr tarixlərində üç aylıq hərbi təlim keçiriləcək",- mesajda deyilir.
Ümumilikdə, təlim toplanışlarını təmin etmək üçün üç ay ərzində 110-a yaxın nəqliyyat vasitəsi hərbi təlimə cəlb ediləcək.
İştirak müddətində vətəndaşlar əsgər sayılacaq, hərbi personalın bütün faydalarından istifadə edəcəklər. Bundan əlavə, onların iş yerləri saxlanılacaq və əlavə maaş alacaqlar.
Bizim.Media