Ermənistanda üç xidmət yoldaşını qətlə yetirməkdə şübhəli bilinən hərbçi saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.
Cümə axşamı yerli vaxtla 01:30-da hərbi hissələrdən birinin müdafiə bölgəsinin döyüş postunda güllələnən üç əsgərin meyiti tapılıb.
Axşam saat 17:40 radələrində isə onlarla çiyin-çiyinə qulluq edən hərbçi saxlanılıb. O, qəsdən adam öldürməkdə ittiham olunur.
Ermənistanın İstintaq Komitəsi Cinayət Məcəlləsinin 104-cü maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə cinayət işi açıb.
Cinayət işinin ibtidai istintaqı davam edir.
Bizim.Media