Armen Qriqoryan Ermənistan xarici işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Armenia” saytı yayıb.
Mənbə yazır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bununla bağlı müvafiq fərman imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda 3 hərbçinin meyiti tapıldı
Nikol Paşinyan Armen Qriqoryanı Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edib.
Qeyd edək ki, Armen Qriqoryan xarici işlər nazirinin birinci müavini təyin edilməzdən əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb.
Bizim.Media