İrəvandan böhran etirafı – Paşinyanın çıxış yolları tükənir

Hazırda oxunan: İrəvandan böhran etirafı – Paşinyanın çıxış yolları tükənir

33253

Ermənistanda vəziyyət düzəlmək yerinə gün keçdikcə daha da bərbad duruma düşür. Belə ki, İrəvan hökumətinin təqdim etdiyi son statistikada ölkədə inflyasiyanın pik həddə çatdığı qeyd olunub.

Görünür seçki kampaniyası zamanı erməni xalqına işıqlı gələcək vədi verən Nikol Paşinyan da ölkəsindəki vəziyyəti düzəltməkdən aciz qalıb. 

Ermənistandakı iqtisadi durumun ağırlığı isə, rəsmi statistika olmadan da bütün dünyaya agah idi. Xüsusilə də, post-müharibə dövründə ölkədən baş götürüb qaçan ermənilərin sayı durumun vəhamətini anlamaq üçün yetərli idi. 
 

MÖVZU İLƏ BAĞLI:

Üçlüyün arasındakı DÖRDÜNCÜ: - İrəvan zamanı uduzur


Lakin situasiyanın bu formada inkişaf etməsi Paşinyan hakimiyyətinin sonunu gətirə bilər. Belə ki, iqtisadiyyatının tərəqqisi üçün lazımi resurslarından məhrum qalmış ölkənin dadına artıq diasporadan gələn pullar da çata bilmir. Belə olan halda isə, İrəvanın siyasətində dəyişikliklər etməkdən başqa çarəsi qala bilməz. Bunun üçün isə Ermənistanın atacağı addımların sayı elədə çox deyil:

Diasporanın yardımlarından öz mənfəətləri üçün yox, iqtisadi infrastrukturun yaradılması üçün istifadə etmək. Bu məsələ Nikol Paşinyan tərəfindən əvvəlki dövrdə də qabardılmıışdı. Belə ki, Ermənistan Baş naziri erməni lobbisindən ölkəyə pul göndərməyi yox, iqtisadiyyatın inkişafına investisiyalar qoymağı təklif etmişdi.
 

Lakin Baş nazirin qeyd olunan təklifi xaricdə yaşayan soydaşları tərəfindən müsbət qarşılanmamış və Paşinyanla erməni lobbisi arasında münasibətlər gərginləşmişdi. 


Qərbə güvənərək regional politik reallıqlarla hesablaşmamaqdan imtina etmək. Onu hakimiyyətə gətirən Qərbə kürəyini dayayaraq müharibədə məğlub olmasına rəğmən qalib tərəf kimi şərtlər diqtə etməyə cəhd edən Ermənistan hökuməti bu cür davranışından imtina etməklə mövcud reallıqla barışmalıdır.

Zəngəzur dəhlizinin işğal yox, çıxış yolu olduğunu dərk etmək. 10 noyabr bəyanatında öz əksini tapmış kommunikasiyaların bərpası müddəasını absurd formada dərk edərək, gerçəkliyə uyğun olmayan xəyallar ardınca qaçan rəsmi İrəvan imza atdıqları sənədləri təkrar gözdən keçirməlidir. Çünki bu baş verəcəyi təqdirdə, sovet dövründə mövcud olmuş nəqliyyat yollarının bərpasına Ermənistan qısa müddətdə razılıq verəcək.
 

Ümumilikdə isə, Ermənistanın düşdüyü bu çıxılmaz vəziyyətdən tək qurtuluş yolu tez bir zamanda Azərbaycanla sülh danışıqlarına başlamaqdır. Çünki bölgədə sülh təmin olunacağı təqdirdə regionda kommunikasiya xətləri bərpa olunacaq və Ermənistanın blokada şəraitindən qurtulması mümkün olacaq. Bu isə, iqtisadi böhranla üz-üzə qalan ölkə üçün seçim yox, zərurətdir.


Lakin Paşinyan iqtidarı öz sələfləri olan “tuşenka” satan qorxaqların siyasətini davam etdirməkdə qərarlı görünür. 

Belə olan halda isə nə dostları olan İran, nə Qarabağda onlara “böyük qardaşlıq” edən Rusiya, nə də regiondan xəbəri belə olmadan erməni diasporasından aldığı “şirinlik”lərlə İrəvanın mövqeyini qoruduğunu düşünən Qərb Ermənistanın dadına çata bilməyəcək. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin