“Əfqanıstandakı hərbiçilərimiz üçün təhlükə müzakirə mövzusu deyil, onların təhlükəsizliyi üçün lazımı tədbirlər görülüb və bu təbirlərimiz davam edir”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə naziri Hulusi Akar deyib ki, Əfqanıstanda vəziyyət hər an dəyişə bilər, Türkiyə prosesi izləyir:
MÖVZU İLƏ BAĞLI:
“Əfqanıstan iqtisadiyyatı inkişaf dövrünü yaşayırdı” – Tənəzzül başlanır?
“Hər hansı bir fərqli vəziyyət yaranarsa, lazım olan planı tətbiq etməyə hazırıq”.
H.Akarın sözlərinə görə, Türkiyə vətəndaşlarının bəzilərinin təxliyəsinə artıq başlanılıb “Təxliyə hava qüvvələrimizin təyyarələri ilə icra olunur”.
Bizim.Media