Azərbaycan Xocalı soyqırımının əsas iştirakçısı olan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanı beynəlxalq axtarışa verib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Hərbi Prokurorluğunda Ohanyan Seyran Muşeqoviç barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanılıb. 
Prokurorluq S.Ohanyanın barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib.
Noyabrın 11-də məhkəmənin sədri, hakim Elbəy Allahverdiyev istintaqın təqdimatını təmin edib. S.Ohanyan barəsində həbs qərarı çıxarılıb və onun istintaqa cəlb edilməsi üçün “İnterpol”a müraciət edilib. 
Qeyd edək ki, 58 yaşlı keçmiş nazir Şuşada doğulub.
O, azərbaycanlı əhaliyə qarşı cinayətlər, xüsusən Xocalı soyqırımının törədilməsinin əsas iştirakçılarından sayılır.
 
S. Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.
Bizim.Media

- A-
- A
- A+
Region
							14:09 / 23.11.2020
							
						Ohanyan axtarışa verildi
						
							
								Hazırda oxunan: Ohanyan axtarışa verildi							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Ohanyan axtarışa verildi							
						3313
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































