Qazaxıstanda qazaxlarla ermənilər arasında qarşıdurma baş verib.
Bizim.Media “Turan TV” yə istinadla xəbər verir ki, Qazaxlar ermənilərin ölkədən qovulmağını tələb ediblər. Onlar dövlətin ermənilərə himayədarlıq etməsinə son qoyulmasını istəyiblər.
İğtişaşlar Aktau şəhərindən başlayıb, daxili qoşunun səyi ilə yatırılıb.
Dəyənəkli qazxlar ermənilərin donuz fermalarına, kafelərinə hücum edib, ermənilərin bəzi biznesmenlərini döyüblər.
Maraqlısı odur ki, qazax hökuməti bu iğtişaşda azərbaycanlıları günahkar bilib.
Bəzi soydaşlarımız polis bölməsinə dəvət edilib, sorğu-sual olunduqdan sonra sərbəst buraxılıb.
Bizim.Media