Xankəndidə SU BÖHRANI – MAŞINLA DAŞIYIRLAR - FOTO

Hazırda oxunan: Xankəndidə SU BÖHRANI – MAŞINLA DAŞIYIRLAR - FOTO

32537

Qondarma rejim rəhbərliyi Qarabağdakı ermənilərə müraciət edərək bildirib ki, kimdə 5-6 litrlik su qabları varsa, sabah bələdiyyəyə təhvil versin.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya sosial şəbəkələrin Ermənistan seqmentində yayılıb.

Mənbə yazır ki, Xankəndi şəhərində su qıtlığı kritik həddə çatıb və qondarma rejim şəhərdə fövqəladə vəziyyət tətbiq edib.

Qarabağdakı qondarma “Su və kanalizasiya” şirkətinin direktoru Qaqik Poqosyan deyib ki, şəhərin 30 faizindən çoxunda su yoxdur, sakinləri su ilə təchiz etmək üçün 5 sudaşıyan maşın ayrılıb və onlar gecə-gündüz işləyirlər.

Xankəndini içməli su ilə təchiz edən üç çaydan ikisinin suyu yarıbayarı azalıb, üçüncüsü isə ümumiyyətlə quruyub. 

Bildirilir ki, əvvəllər də yayda şəhərdə su ilə bağlı problem olurdu, amma belə vəziyyət görünməmişdi.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin