Ermənilər əsirlikdən qayıdan əsgərlərinə güvənmir - CASUS QALMAQALI

Hazırda oxunan: Ermənilər əsirlikdən qayıdan əsgərlərinə güvənmir - CASUS QALMAQALI

32524

“Ağdam rayonunun mina xəritələri müqabilində evə qayıdan əsgərlərimizdən biri xidmətdən uzaqlaşdırılıb. Bu adamın açıq şəkildə casus olduğu və ona etibar edilmədiyi deyilib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Telegram kanalında erməni bloger Mika Badalyan yazıb.

O, digər əsgərlərin taleyi haqqında məlumatı olmadığını deyib:

“Amma ssenarinin oxşar olduğunu düşünürəm. Əlbəttə ki, bu uşaqlara 100% güvənmək çətindir, amma digər tərəfdən onları casus hesab edirsənsə, niyə onlar üçün mina sahəsinin xəritələrini verirsən?”.

Bloger qeyd edir ki, bu əsgər Basarkeçər rayonunun Zərkəndi yaxınlığında əsir düşən və bir neçə gün sonra geri dönən 6 nəfərdən biridir:

“Yeri gəlmişkən, 6 əsgər əsir alındı, 4-ü dərhal geri qaytarıldı və sonra onlardan ən azı biri casus olaraq xidmətdən uzaqlaşdırıldı. Burada, həmişə olduğu kimi, çoxlu suallar var və heç bir cavab yoxdur.  Belə çıxır ki, xəritələri casuslar üçün veriblər. Əsgərlərimizi bilərəkdən əsirliyə göndəriblər ki, sonradan mina kartlarını vermək üçün bir səbəb olsun. Ermənistan hakimiyyətində olanlar görün neçə alçaq adamlardır!”.

Badalyan fikrini belə tamamlayıb:

“Fikir vermisinizsə, heç bir görüşdə əsir məsələsi qaldırılmır, yalnız kommunikasiyaların blokadadan çıxarılmasından və demarkasiyadan danışırlar! Belə fikir yaranır ki, onlar əsirlərin geri qaytarılmasında heç də maraqlı deyillər. Geri qaytarıldıqları təqdirdə isə rəsmi Bakıdan yeni şərtlər gözləyirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin