Erməni nazir: “Zəngəzur dəhlizi regionun inkişafına təsir edəcək”

Hazırda oxunan: Erməni nazir: “Zəngəzur dəhlizi regionun inkişafına təsir edəcək”

32361

Bölgədəki kommunikasiyalar blokadadan çıxarılandan sonra dəmir yolu Naxçıvan, Meğri və İcevandan keçəcək

Bizim.Media xəbər verir ki, bunu hökumətin iclasından sonra jurnalistlərə Ermənistanın Ərazilərin inkişafı və infrastrukturu naziri Qnel Sanosyan deyib.

"Kommunikasiyaların açılmasından təkcə biz yox, bölgədəki qonşu ölkələr də xeyir görəcək. Məsələn, dəmir yolu haqqında danışsaq, infrastruktur qurulmadan blokadadan çıxarmaq mümkün deyil, Yol olmadığı ərazilərdə yenisinin tikilməsinə ehtiyac var” deyə o, qeyd edib.

Onun sözlərinə görə, SSRİ vaxtında olduğu kimi, dəmir yolu Naxçıvan və Meğridən keçəcək.

Sovet dövründə İcevandan da bir dəmir yolu keçirdi. Bölgədə sülh hökm sürsə və biz əlaqələri tamamilə açsaq, bu sahələrdə işləmək iqtisadi cəhətdən sərfəli olacaq.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan avqustun 12 -də keçirilən hökumət iclasında delimitasiya və demarkasiya işlərini gücləndirməyin vacib olduğunu söyləyib.

Bundan əlavə, Paşinyan qeyd edib ki, kifayət qədər tez həll oluna biləcək məsələlərdən biri də regionda kommunikasiyaların açılmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin