Paşinyan niyə məhbusların valideynləri ilə görüşdən qaçır? – Erməni mediası

Hazırda oxunan: Paşinyan niyə məhbusların valideynləri ilə görüşdən qaçır? – Erməni mediası

32189

İyulun 3-də 15 erməni əsir Azərbaycandan vətənə qayıtdı, onlardan 12-si Bakı məhkəməsi tərəfindən bir gün əvvəl 6 aylıq həbs cəzasına məhkum edilmişdi. Bundan sonra, yəni bir aydan artıqdır ki, məhbuslar geri qaytarılmır. Yeni Ermənistan hökumətində bu məsələ ilə kim məşğul olur və ümumiyyətlə məşğul olurmu?

Bizim.Media xəbər verir ki, bu fikirlər “Ermənistanın səsi” nəşrində yer alıb.

Mənbə daha sonra bunları yazır:
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın 44 səhvi – Ermənistan “ölüm nöqtəsi”ndən çıxa biləcəkmi?


“İki gün əvvəl məhkumların yaxınları hökumət binasının qarşısına toplaşaraq Paşinyanla görüş tələb ediblər. Etirazçılardan birinin dediyi kimi, üzlərində dözülməz ağrılar olan insanlara 8 aydır yalan danışırlar. Gecə-gündüz pilləkəndə otururlar, amma heç kim onları qəbul etmir.

Qohumların sözlərinə görə, məmurlar laqeydliklə yanlarından keçirlər, sanki onları görmürlər. Hökumətin əvvəlki tərkibində bu məsələ ilə məşğul olduğu iddia edilən keçmiş baş nazir müavini Tiqran Avinyan da daxil olmaqla hər şeyi görməməzliyə vururlar.

Qohumlarla müsahibələrdən bir neçə sitat gətiririk. Əvvəllər onlar media nümayəndələri ilə danışmır və etdiklərini ümumiyyətlə işıqlandırmamağı tələb edirdilər. Bazar ertəsi günü isə bu insanlar olduqca səmimi idilər və hər sözlərində ümidsizlik hiss olunurdu.

"6 ay cəza verilən əsirlər geri qayıdanda, bizimkilərin də eyni şəkildə mühakimə olunacağını və geri qaytarılacağını ümid edirdik”.

"Bəli, bizi gördülər, amma baxmadan yanımızdan keçdilər. Bu, təhqirdir. Hamımız onlara çox ümid edirdik və inanırdıq, Xalqın əksəriyyəti bu hökuməti seçdi və indi onlar əsir düşən əsgər analarına necə münasibət bəsləyirlər?".

" Avropa İnsan Haqları Məhkəməsi ilə geri qaytarsalar, 2 il çəkəcək, amma bu qədər gözləyə bilmərik”.

"Heç kim heç nə bilmir ... Bu məsələ ilə kimin məşğul olduğunu bilmirik ... Avinyan bizi gördü və məhəl qoymadı, bizimlə maraqlanmırlar, kreslolarını paylamaqla məşğuldurlar".

"8 aydır bizə yalan danışırlar. İndi də bizə yalan danışacaqlar ki, evə gedək və bir aydan sonra yenidən toplaşaq".

Müharibə bitdikdən sonra ilk aylarda hakimiyyət nümayəndələri və Paşinyan şəxsən əsir götürülmüş hərbçilərin geri qaytarılması ilə bağlı yüksək vədlər verdilər. Yalan danışdıqlarını, yüzlərlə insanın hissləri və ağrıları ilə oynadıqlarını yaxşı bilə-bilə söz verdilər. Ancaq ehtirasları soyutmaq və vaxt qazanmaq üçün bu, onlara lazım idi. Qəsdən bu dəhşətli yalana getdilər. Hökumətdə heç kimin əsir məsələsi ilə ciddi məşğul olmadığı çoxdan bəllidir.

Niyə bu gün nəinki Paşinyan, hətta onun hökumətinin digər üzvləri də bu bədbəxt insanları qəbul etmir, dinləmək istəmir.

Cavab isə aydındır: səlahiyyətlilərin onlara deyəcəkləri heç nə yoxdur. Hakimiyyət uzun müddətdir nə məhbuslarla, nə də onların valideynləri ilə maraqlanır. Hakimiyyət hər şeyi unutdurmaq və müharibənin səhifəsini bağlamaq üçün əlindən gələni edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin