Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin mitinqi başlayıb.
Bizim.Media xəbər verir ki, “Daşnaksütyun” partiyasının nümayəndəsi Qeqam Manukyan müxalif qüvvələrin Paşinyanın dərhal istefası tələbini irəli sürməkdə davam etdiyini bildirib.
“Məmurların dəyişdirilməsi diqqətimizi əsas tələbdən yayındırmayacaq - Nikol Paşinyan getməlidir", - deyə o, qeyd edib.
Manukyan hökümət başçısını polisin iştirakçılara kobud şəkildə güc tətbiq etməsində və represiyalarda günahlandırıb.
Bizim.Media