Toyların qadağası ilə bağlı YENİ QƏRAR verildi

Hazırda oxunan: Toyların qadağası ilə bağlı YENİ QƏRAR verildi

31919

"Gürcüstanda qida müəssisələri və ya müxtəlif ritual salonlar (restoranlar) toy, yubiley və buna bənzər tədbirlərə ev sahibliyi etdikləri üçün 10.000 lari məbləğində cərimələnəcək".

Bizim.Media xəbər verir ki, bu barədə Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Giorgi Ğibradze açıqlama verib.

Onun sözlərinə görə, oxşar tədbirlər hökumətin qərarı ilə qadağan olunur:

"İlk öncə, qida müəssisələri və ya müxtəlif mərasim salonları bu cür tədbirlərə ev sahibliyi etdikləri üçün 10.000 lari məbləğində cərimələnəcəklər, belə tədbirlər təkrarlanarsa sözügedən müəssisələr bağlanacaq", - deyə Ğibradze bildirib.

Xatırladaq ki, son bir neçə həftədir ölkə ərazisində yoluxma sayı 3-4 min arası dəyişir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin