Rəsmi İrəvan Rusiyadan hərbi bazalarının ölkədən çıxarılmasını tələb edəcək - David Camalyan

Hazırda oxunan: Rəsmi İrəvan Rusiyadan hərbi bazalarının ölkədən çıxarılmasını tələb edəcək - David Camalyan

31821

Ermənistan hakimiyyəti rus sərhədçilərinin Qazaxıın işğalda olan Əskipara kəndinə (ermənilər adını Voskepar qoyub) yerləşdirilməsi faktorundan istifadə edərək, Rusiyadan kömək gözlədikləri və onunla münasibətləri yaxşılaşdırdıqları xəyalını yaradacaq və sonra ərazi güzəştlərindən sonra Rusiyadan ordusunun geri çəkilməsini tələb edəcək.

Bizim.Media xəbər verir ki, bunu müdafiə nazirinin sabiq müşaviri, hərbi ekspert David Camalyan H2 telekanalının efirində bildirib.

"Bu hakimiyyət güzəştə getdikdən sonra sənədləri imzalaycaq və sırf hüquqi müstəvidə Türkiyə və Azərbaycanla heç bir problemin olmadığı təəssüratı yaradacaq. Yəni hər şey imzalandığı üçün iki qonşumuzdan təhdidlər gəlməyəcək. Növbəti addım Rusiya tərəfinin hərbi bazalarını Ermənistandan çıxarmaq tələbi olacaq”, deyə o, qeyd edib.

"Yəni bir tərəfdən ruslara üz tutub Rusiyanın mövqeyini gücləndirdiyi təəssüratı yaradırlar. Ancaq, fikrimcə, müttəfiqlərimiz də oyunun nəticəsinin əksinə olacağını, başqa səmtə yönələcəyini çox yaxşı bilirlər. Yəni, onları buradan çıxarmaq üçün sual qaldırılacaq, çünki hər şey imzalanıb və Azərbaycan və Türkiyədən artıq təhlükə görünmür, o zaman Ermənistanda Rusiya hərbi bazasının olması artıq "mənasız" olacaq. Bu oyun çox aydın görünür və inanıram ki, Kreml bunu anlayır”, deyə David Jamalyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin