Gürcüstanda parlament seçkilərinin ikinci raundu keçirilir

Hazırda oxunan: Gürcüstanda parlament seçkilərinin ikinci raundu keçirilir

3169

Gürcüstanda 10-cu çağırış parlament seçkilərinin ikinci raundu keçirilir.

Bizim.Media Gürcüstan mətbuatına istinadla xəbər verir ki, parlament seçkilərinin ikinci raundu əsasən paytaxt Tbilisi üzrə olmaqla 17 birmandatlı  dairə üzrə keçirilir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkiləri izləmək üçün seçki subyektlərinin 9521 nümayəndəsi, 132 yerli təşkilatdan 47 345, 48 beynəxalq təşkilatın 920 müşahidəçisi qeydiyyatdan keçib.

Xatrladaq ki, parlament seçkilərinin ilk raundu oktyabrın 31-də olub.

Seçkidə 48-i siyasi partiya, 2-si blok olmaqla 50 seçki subyekti iştirak edib.

İlk raundda ümumi səslərin 48,15%-ni toplayan hakim “Gürcü Arzusu” partiyası 76 parlament yeri qazanaraq rəqiblərinə qalib gəlib.

İlk raundun nəticələrindən və seçkilərin təşkil edilməsindən narazı olduğunu bildirən 8 müxalif partiya seçkilərin nəticələrini tanımadığını bəyan edib və ikinci raundda iştirak etməyəcəyini, həmçinin qazandığı mandatlardan imtina etdiyini açıqlayıb.

Bununla belə, bugünkü seçkilərdə səsvermə bülletenlərində müxalif namizədlərin adları yer alır. Belə ki, yerli qanunvericiliyə görə, seçkilərin ikici raundunda namizədliyi geri çəkmək mümkün deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin