Bakı-İrəvan telekörpüsü: Qarabağ şübhəsiz ki, Azərbaycandır

Hazırda oxunan: Bakı-İrəvan telekörpüsü: Qarabağ şübhəsiz ki, Azərbaycandır

31618

CBC telekanalının radioefirində yayımlanan “Noçnoy Razmovar” adlı verilişdə Bakı-Yerevan telekörpüsü təşkil olunub. Verilişin aparıcısı Kamran Razmovar və erməni bloger İşhan Verdyan hazırda aktual olan mövzuları müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, Türkiyədə yanğınlarla bağlı sosial şəbəkələrdəki bədxahlıq barədə danışan Kamran Razmovar hələ 1988-ci ildə Ermənistanda baş verən zəlzələnin dünyada faciə kimi qəbul olunduğunu və Azərbaycanın köməyə 70 nəfərlik könüllü ilə birgə təyyarə göndərdiyini xatırladıb.

Erməni bloger o vaxt bu jestin dəyərləndirilmədiyini deyərək vurğulayıb:

“Bunu ictimaiyyətdən gizlətmişdilər, çünki siyasi cəhətdən bu, əlverişli deyildi”.

Verilişdə Ermənistanda indiyədək terrorçuların və cinayətkarların qəhrəmanlaşdırılması prosesinin getdiyi vurğulanıb. Bu terrorçuların arasında Melkonyan və Qaregin Njde də yer alıb. İşhan Verdyanın fikrincə, cəmiyyətdə o kəslər qəhrəmanlaşdırılmalıdır ki, o insanlar cəmiyyətin tərəqqisi naminə səy göstəriblər.

Erməni bloger deyib:

“Şəxsən mən Qaregin Njdeni özümə qəhrəman saymıram. O, türklərə ədavəti təbliğ edib ki, bu da tamamilə qəbuledilməzdir. Hesab edirəm ki, müasir dünyada, müasir Ermənistanda milli mənsubiyyətə görə kin, ədavət olmamalıdır”.

Blogerin fikrincə, Ermənistan ərazisi vasitəsilə dəhliz yaradılacaq. O deyib:

“Əgər Ermənistanın siyasi rəhbərliyi bu məsələyə münasibəti dəyişməsə, o halda dəhliz hökmən olacaq, bu dəhliz Rusiyanın nəzarəti altında olacaq. Mənim bunda şübhəm yoxdur. Ermənistanda bu dəhliz üzərində heç bir suverenlik olmayacaq”.

“Qarabağ kimindir?” sualını cavablandıran bloger vurğulayıb ki, “Qarabağ şübhəsiz ki, hüquqi cəhətdən Azərbaycandır. Mən ermənilərin Qarabağda yaşamaq fürsətini itirməmələrini hər cür dəstəkləyirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin