Arayikin “bayrağı” üzə çıxdı – O da GORBAGOR olacaq - FOTO

Hazırda oxunan: Arayikin “bayrağı” üzə çıxdı – O da GORBAGOR olacaq - FOTO

31425

Ermənistan müdafiə naziri Arşak Karapetyan İrəvan şəhərində Qarabağın qondarma rejiminin “başçısı” Arayik Arutyunyanla görüşüb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “armeniasputnik.am” saytı yayıb. 

Mənbə yazır ki, görüş zamanı təmas xəttindəki vəziyyət, Rusiya sülhməramlı kontingentinin Qarabağda həyata keçirdiyi missiya müzakirə predmeti olub.

“Görüşün” fotosunda diqqəti çəkən məqam isə rejimin Ermənistan bayrağına oxşar “bayrağının” masanın üstünə qoyulması olub. 

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan Putinlə son görüşdən qayıtdıqdan sonra təcili olaraq Arayiki yanına, İrəvana çağırmışdı. Həmin vaxt o əski parçası masanın üstünə qoyulmamışdı.

Görünür, bunun üçün Paşinyan Moskvadan xüsusi təlimat almışdı. İndisə yenidən o “bayrağın” üzə çıxması bəzi suallar doğurur. Yəqin ermənilər son nəfəslərinədək status deyə-deyə özlərinə ümid işığı yandırırlar.

O “bayrağın” yeri isə hamının bildiyi yerdə - gorbagordadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin