İranın Şərqi Azərbyacan əyalətinin Qaradağ bölgəsində meşələrdə güclü yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Kəleybər şəhərinin İcra Hakimiyyətinin başçısı Ədalət Hacipur məlumat verib.
O bildirib ki, Qasımkənd və Xanqah kəndlərinin otlaq sahələrində başlayan yanğının meşə ərazilərinə yayılıb və şiddətlənib.
MÖVZU İLƏ BAĞLI:
Yerusəlim yaxınlığında meşə yanır
Yanğının geniş vüsət aldığını bildirən başçı bölgə əhalisini mümkün vasitələrlə yanğının söndürülməsi prosesinə qatılmağa çağırıb.
Şərqi Azərbaycan əyalətinin valiliyinin Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmməd Baqir Hünərbər bildirib ki, yanğın Qasımkənd və Babaylı kəndləri ərazilərində Qaradağ meşələrinə doğru yayılıb.
Onun sözlərinə görə, bölgə dağlıq və əlçatmaz olduğu üçün yanğının qarşısını almaqda çətinlik çəkirlər.
Bizim.Media