Dənizli bölgəsindəki yanğın söndürüldü - General-leytenantdan AÇIQLAMA

Hazırda oxunan: Dənizli bölgəsindəki yanğın söndürüldü - General-leytenantdan AÇIQLAMA

31164

"Prezident İlham Əliyevin göstərişi ilə Türkiyədə baş verən yanğınlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən iki mərhələli - insan və texnika yardımı göstərilib".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Dənizlinin Buldan qəsəbəsindəki yanğın söndürüldü


O bildirib ki, ötən gün Dənizli bölgəsində baş verən yanğınlar söndürülüb:

"Birinci yardım 100 nəfərdən ibarət olan insan təyyarə vasitəsilə, ikinci yardım isə quru yolla 54 texnika, 247 nəfər şəxsi heyət dünən axşam hadisə yerindən 157-170 km kənarda, Dənizli şəhərində Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən hadisə yerinə cəlb edilib. Bu yanğınlar Buldan və Tavas istiqamətlərində baş verib. Bu istiqamətlərin hər birinə 180 yanğınsöndürən və 50 ədəd yanğın avtomobili cəlb olunub.

Mənim özüm də bu istiqamətə Mersindən hərəkət etmişəm, 2 saatdan sonra hadisə yerinə çatdıq və yanğının söndürülməsi istiqamətində fəaliyyətə başlanıldı.

Demək olar ki, yanğınlardan biri saat 02:30 radələrində söndürüldü. Digəri isə bu gün səhər saatlarında məlumat verildi ki, söndürülüb. Göstərişim əsasında orada olan texnika və şəxsi heyət Muğla istiqamətində hərəkət edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin