İranın Ermənistandakı səfiri Azərbaycanla sərhədə gəldi  

Hazırda oxunan: İranın Ermənistandakı səfiri Azərbaycanla sərhədə gəldi  

31056

İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zoxuri və səfirliyin hərbi attaşesi Bəhmən Sadegin Ermənistan Müdafiə Nazirliyinin nümayəndələrinin müşayiəti ilə Ermənistan-Azərbaycan sərhədində yerləşən Basarkeçər rayonunun Yuxarı Şorca kəndini ziyarət ediblər. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.

Mənbə yazır ki, general-mayor Arayik Arutyunyan iranlı səfiri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə tanış edib. 

Səfir iki ölkə arasındakı sərhəd mübahisələrinin davam etməsindən narahatlığını ifadə edərək, hər iki tərəfə təmkinli olmağın və ölkələr arasındakı mübahisələrin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. O, son qarşıdurmalarda ölən hərbçilərin ailələrinə başsağlığı verib. 

Beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməsinin vacibliyini vurğulayan səfir, eyni zamanda Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinin bölgə xalqlarının maraqlarından qaynaqlandığını söyləyib və İran İslam Respublikasının bu bölgədə davamlı sülhün bərqərar olmasına kömək etməyə hazır olduğunu bildirib.  

Xatırladaq ki, İran rəsmiləri daha əvvəl də Azərbaycan və Ermənistan arasındakı sərhəd probleminin danışıqlar yolu ilə həllində maraqlı olduqlarını dilə gətiriblər. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin