Yeni çağırış parlamentin ilk iclasında çıxış edən Ermənistan prezidenti Armen Sarkisyan bildirib ki, Ermənistan diasporunu pul qabı kimi qəbul etməyi dayandırmaq və onlara ölkənin taleyinin həllində iştirak etmək imkanı vermək lazımdır.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “armeniasputnik.am” saytı yayıb.
Onun sözlərinə görə, Ermənistan dünya şöhrətli ermənilərin nailiyyətləri ilə fəxr edib, lakin onların potensialından istifadə etməyib.
"Paradoksal bir vəziyyətdir ki, Ermənistandan fərqli olaraq bütün dünya əsasən ermənilərin böyük potensialından istifadə edir. Ermənistan üçün diaspor pul qabı deyil, siyasi və milli kimliyinin ən vacib hissəsidir", deyə Sarkisyan bildirib.
O, əlavə edib ki, ermənilərin vətənlərinin taleyinə təsir etmək hüququ var:
“Ermənistan və diaspor eyni sikkənin fərqli tərəfləridir. Bu faktı artıq gözdən qaçırmaq olmaz, siyasi iradənin və lazımi hüquqi mexanizmlərin konsolidasiyasının vaxtı gəldi”, deyə prezident vurğulayıb.
Xatırladaq ki, Ermənistanın 8 -ci çağırış parlamenti 107 deputatdan ibarətdir. Hakim “Vətəndaş Müqaviləsi” partiyası 71 mandatla təmsil olunur.
20 iyun seçkilərində ikinci yeri tutan “Ermənistan” müxalifət bloku 29 mandat əldə edib. Üçüncü yerdə 7 mandatla "Mənim şərəfim var" bloku gəlir.
Bizim.Media
- A-
- A
- A+
Region
11:19 / 02.08.2021
Armen Sarkisyan deputatlara erməni diasporu haqqında SƏSLƏNDİ
Hazırda oxunan: Armen Sarkisyan deputatlara erməni diasporu haqqında SƏSLƏNDİ
Hazırda oxunan: Armen Sarkisyan deputatlara erməni diasporu haqqında SƏSLƏNDİ
30832
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.