Ukraynalı politiloq Viktor Taran hesab edir ki, Zelenski daha əvvəl Poroşenkonun salındığı tələyə düşüb.
Bizim.Media xəbər verir ki, "Qlavred"ə müsahibə verən politoloqun fikrincə, Vladimir Zelenski Poroşenkonun səhvlərini təkrarlayıb. Çünki iqtisadi nəticələr yoxdur:
MÖVZU İLƏ BAĞLI:
Ukrayna müharibəyə HAZIRLAŞIR - Zelenski BƏYAN ETDİ
"Zelenski hökumət başçısını dəyişməlidir. İqtisadi və sosial göstəricilər qənaətbəxş deyil. 3 il əvvəl 5-ci prezidentə etirazların əsası odur ki; çıxışları çörəyə yaxıb yemək olmur. Həmin şeyi Zelenskiyə də demək olar. Zelenskiyə real iqtisadi rəqəmlər lazımdır, yoxsa o da Poroşenko kimi seçkiləri uduzmaq riskinə gedir".
Xatırladaq ki, daha əvvəl Ali Radanın "Müxalif platforma - Həyat uğrunda"dan olan deputatı Anatoli Burmiç Zelenskini Ukraynanı məhv etmək üçün qurulan təxribatın bir hissəsi adlandırıb.
Bizim.Media