Kəlbəcərdə ermənilərin “tarix” istehsal edən sexi aşkarlandı – FOTOLAR

Hazırda oxunan: Kəlbəcərdə ermənilərin “tarix” istehsal edən sexi aşkarlandı – FOTOLAR

3074

Kəlbəcər rayonu ərazisində ermənilərin daha bir saxtakarlığı üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bu yaxınlarda Kəlbəcər ərazisində ermənilərin “tarix” istehsal edən sexləri aşkarlandıqdan sonra bütün məsələ aydın olub.

Həmin bu sex-emalatxanada erməni ustaları özlərinə “qədim tarix” yaradırlarmış. Onlar daşların üzərində qədim hərflər, xaç işarələri ovub, onu formaya salırlar.

Daha sonra bu “sənət əsərləri” bir müddət sirkə turşusunda saxlanılır. Turşunun təsirindən rəngini dəyişən daşlar köhnə görünüş şəklinə düşürlər.

Beləliklə, hazırlanmış daşlar qısa müddət ərzində “qocalaraq” tarixi nümünələrə dönüşürlər.

Daha sonra Azərbaycan torpaqlarının erməni ərazisi olmaq iddialarını dünyaya hayqırmaq üçün bu daşlar Qarabağ ərazisində basdırılır.

Onlar işğal edilmiş Azərbaycan ərazilərinin hər yerinə bu cür süni “yaşlı” abidələr yerləşdirirdilər.

Ermənilər özlərinə saxta tarix yaratmaqla yetinməyib, 30 il işğal altında saxladıqları Azərbaycan ərazilərində də özlərinə “tarix sexi” idxal ediblər.

İşğal altında olan torpaqlarımız azad olunduqdan sonra, erməni vandalizmi ilə yanaşı, onların “qədimliyi” də bir-bir işıq üzünə çıxmağa başlayıb. 

Son yüzillikdə erməni təbliğatına baxsaq, erməni saxtakarlığının qədim tarixə malik olduğuna şahid ola bilərik.

Ermənilər Azərbaycan ərazisində “tarixin” ticari istehsal sahəsini yaratmaqla, bu torpaqların əsrlər boyu onlara məxsus olduğunu sübuta yetirmək istəyiblər. 

Erməni üzdəniraq tarixçilərinin, yaxud tarix elmindən siyasi məqsədlə istifadə edən şəxslərin əsərlərinə diqqət yetirdikdə, Azərbaycanın ta qədimdən indiyə qədər olan tarixini və xalqımızın yaratdığı zəngin maddi və mənəvi mədəniyyətini təhrif etdiklərinə, təhrif etməklə qalmayıb, seçib-seçmələyib, öz adlarına çıxdıqlarına rast gəlirik.

Erməni saxtakarlığının kökünün qədim olduğunu demək olar ki, hamı şahiddir. Əli qələm tutan hər erməni bunu özünə bir missiya bilib, tarixlərinə bir qədimlik qatmağa cəhd göstəriblər.

1828-ci ildə I Nikolayın fərmanı ilə Azərbaycan ərazisində olan Alban kilsəsi erməni Qriqoryan kilsəsinə tabe edildikdən dərhal sonra ermənilər tələm-tələsik fəaliyyətə keçirlər.

Onlar albanlara məxsus tarixi və mədəni abidələri saxtalaşdıraraq, onların erməni xalqına məxsus olduqlarını dünyaya car çəkirlər.

Bununla da onlara verilən fürsətdən çox məharətlə istifadə edib, özlərinə yeni tarix hazırlayırlar. Saxtalaşdırılan bütün sənədlərin və kitabların əsli isə yandırılaraq, məhv edilir.

Ermənilərin ən çox qədim dövlət olmaqla bağlı uydurduqları yalanlarında “xaçkar”ların xüsusi “gücünü” qeyd etmək yerinə düşərdi.

Bu fiqurun ermənilərin 3000 il bundan əvvəl yarandığı barədəki iddialarında böyük rolu var. Erməni tarixçilərinin yazdıqlarına görə, guya xaç daşları 301-ci ildə xristianlığın qəbul edilməsi ilə əlaqəlidir. 

Xaçkarlar haqqında xarici mətbuatda da yetərincə saxta məlumatlar var. Onların birində bu barədə qeyd olunur:

“Ermənistanda daş sənəti 12-13 -cü əsrlər ərzində böyük şöhrət ustaları Momik, Timot, Mxiter, Pofos və digərləri tərəfindən əldə edildiyi dövrdə yüksəldi”.

Göründüyü kimi, ermənilər xarici mətbuatda güclü təbliğat işləri apararaq, öz qədim tarixlərini sübuta yetirməyə çalışırlar.

Onlar bu planlarını həyata keçirmək üçün ideoloji mühit yaradır, ictimai fikir formalaşdırırlar.

İllər keçdikcə bu yalan onlarda doğru şəklinə düşərək, xəstə təfəkkürlərində iz buraxıb.

Nəticədə ermənilər öz uydurduqları yalanlarına cani- könüldən inanmağa başlayıblar.

Bununla da bir xalq olaraq, özlərində “erməni şizofreniyasını” inkişaf etdiriblər. 

Xatırladaq ki, bəzilərinin yarızarafatca dediyi bu xəstəlik 19-cu əsrin sonlarında Alman alimi tərəfindən kəşf olunub. 

Xəstələrdən incimək olmaz...

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin