Ötən gün İstanbulda baş verən silahlı insidentin təfərrüatları məlum olub.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, boşanma qərarı alan Berk Giray və Haticə Giray cütlüyü barışmaq qərarı alıblar. Berk Giray barışmaq üçün atası və əmisi qızı ilə birgə yoldaşının qaldığı evə gəlib.
MÖVZU İLƏ BAĞLI:
Gənc sevgilisini qayınatasına dəyişən gəlinin etirafı – “O, mənə...”
Bu zaman qohumlar arasında mübahisə yaşanıb. Nəticədə oğlanın atası qızın atasını ayağından silahla vurub.
Bundan qəzəblənən qızın atası atəş açaraq, kürəkənini, kürəkəninin atasını və onun əmisi qızını qətlə yetirib. 3 nəfər isə yaralanıb.
Bizim.Media