Saakaşvilinin “QIZILGÜLÜNÜ” solduran LGBT – Gürcülər ona “ALQIŞ” demədi

Hazırda oxunan: Saakaşvilinin “QIZILGÜLÜNÜ” solduran LGBT – Gürcülər ona “ALQIŞ” demədi

30522

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ölkəsinə qayıtmaqla bağlı səsləndirdiyi fikirlərin ardı-arası kəsilmir. Xüsusilə də, bu ilin fevral ayından etibarən keçmiş prezidentin Gürcüstan hakimiyyətinə və müxalifətə çoxsaylı çağırışları müşahidə olunur.  

Saakaşvilinin fikirləri isə hazırki iqtidara qarşı yönəlib. Belə ki, durmadan xalqı və müxalifəti mübarizəyə səsləyən, eyni zamanda hakim partiya olan “Gürcü arzusu”nu tənqid etməyi unutmayan eks-prezident payızda keçiriləcək bələdiyyə seçkilərində iqtidarın uğursuzluğa düçar olacağını qeyd edir.
 

MÖVZU İLƏ BAĞLI:

Tbilisini etirazlar bürüdü - Baş nazirin istefası tələb olunur


Saakaşvili açıqlamalarında seçkilərdəki uğursuzluğun nəticəsində hökumətin referenduma getməyə məcbur olacağını və hakimiyyətə qayıtmaq istəklərini də dilə gətirir.

Qeyd edək ki, Gürcüstanda itaətsizlik yaradan açıqlamalar verməsi səbəbindən Ukrayna hökuməti tərəfindən Saakaşviliyə bir neçə dəfə xəbərdarlıq da edilib. Lakin nəticə dəyişməyib; eks-lider fikirlərini ifadə etməyə davam edir.

Saakaşvili, həmçinin vətəninə qayıdacağını da söyləməkdən çəkinmir. Xatırladaq ki, Gürcüstanın keçmiş lideri haqında ölkəsində həbs qərarı verilib.

Vətəninə dönməyi həsrətlə gözlədiyini bildirən Saakaşvilini isə Gürcüstanda heç də xoş sürprizlər gözləmir.

Belə ki, hazırki hakimiyyət ölkədə baş verən bütün narazılıqlar və etirazlar zamanı xalqa əsas günahkar kimi Saakaşvilini hədəf göstərir. Bu cür əks təbliğatın isə gürcülər arsında ciddi təsirinin olduğu müşahidə edilir. Belə ki, eks-prezidentin qərbyönümlü siyasət yürütməsi gürcü xalqına yaxşı məlumdur. Eyni zamanda Gürcüstanda baş verən son LGBT etirazları da onu göstərdi ki, xalq Qərbin təbliğ etdiyi ideyalara heç də isti yanaşmır.

Bununla birlikdə, Saakaşvilini Abxaziya və Cənubi Osetiya böhranlarının əsas səbəbkarı kimi ittiham edənlərin sayı da az deyil.

Təbii ki, qeyd olunan faktlar Saakaşvilinin özünə də yaxşı məlumdur. Bu səbəbdən də, keçmiş prezidentin PR kampaniyası apararaq ölkəsində azalan nüfuzunu bərpa etməyə çalışdığını söyləmək mümkündür. Lakin çıxışlarında qeyd etdiyi qədər yaxın müddətdə Saakaşvilinin yeni inqilabla iqtidara qayıdacağı reallıqdan xeyli uzaq görünür.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin