Ermənistanın Azərbaycanla döyüşdə həlak olan əsgərlərin cəsədlərini soyuducuda, buzxanalarda saxlanılır.
Hətta elə olur ki, onların cəsədləri donuzlara da yem olur. Noyabrın 18-də 152 cəsədin adının açıqlanması da bunu deməyə əsas verir.
Çünki ermənilər son üç gündə sülhməramlıların əli ilə cəmi 37 əsgərin cəsədini döyüş sahəsindən çıxarıblar.
Amma cəmiyyətə açıqladıqları adların sayı 152-dir.
Bir tərəfdən də Ermənistanın üçüncü prezidneti Serj Sarqsyanın kürəkəni Mikayel Minasyan gizli fakları açıqlayıb.
Onun iddialarına görə, Ermənistanda hərbi əməliyyatlar zamanı itkin düşən hərbiçilərin ortalığa çıxmamasında Nikol Paşinyanın arvadı Anna Arkopyanın “barmağı” var.
Anna gündəlik orta hesabla 30 nəfərədək ölüm faktını açıqlamağı Paşinyana icazə verib.
Bu barədə Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın kürəkəni Mikayel Minasyan “Facebook” səhifəsində paylaşıb.
O, həlak olanlar arasında 2 250 nəfərin morqlarda olduğu, 1 100 nəfərin isə itkin düşdüyünü iddia edir.
Elə Baş Nazir Nikol Paşinyan iki gün öncə KİV-ə dedi ki, Dağlıq Qarabağda Ermənistan tərəfindən təxminən 2400 hərbçi ölüb.
Bu xəbərə qədər isə baş nazir yüzlərlə hərbiçinin itkin düşdüyünü, son iki gündə Şuşadan 300-dən çox erməni əsgərinin cəsədinin çıxarıldığını dilə gətirdi.
Qarabağ qazisi Rey Kərimoğlu isə Bizim.Media-ya Ermənistan ordusunun 45 günlük müharibədə çox böyük itki verdiyini deyir:
“Elə tək oturub Müdafiə Nazirliyimizin dronlarla çəkdiyi görüntülərdəki məhv edilən erməni əsgərlərini saysan, 5-6 min edər''.
''Ermənistanda II Qarabağ savaşında ölənlərin sayı 10 mindən artıqdır. Yaralı olan ermənilərin sayı isə 20 min civarındadır''.
''Onlar minlərlə əsgərin cəsədini soyuducularda saxlayırlar''.
''Hətta elə məqamlar var ki, maşınlarla daşıyıb zibil kimi bir quyuya töküb üstünü torpaqlayıblar”.
Qarabağ qazisi əsaslandırır ki, erməniər həmişə itkilərinin sayın gizlədiblər. Cəmiyyətdə dövlətə qarşı aqressiya yaranmasın deyə buna məcburdular.
44 gündə 10 min kişi cinsinə məxsus adamın ölməsi 2 milyonluq ölkə üçün fəlakətdir:
“Ermənilər məhv edilən hərbiçilərin adlarını həm da ona görə açıqlamırlar ki, onların bir çoxu muzdlulardır.
''Muzdlular ilə isə konkret müqavilələri var''.
Suriyadan, Livandan və digər ölkələrdən olan muzdlularla isə onların müqaviləsində qeyd olunur ki, döyüşdə həlak olarlarsa, bu haqda heç bir məlumat verilməyə bilər”.
Gülşanə Mustafayeva, Bizim.Media