Müdafiə nazirinin təyyarəsinin pəncərəsi çatladı - təcili eniş etdi 

Hazırda oxunan: Müdafiə nazirinin təyyarəsinin pəncərəsi çatladı - təcili eniş etdi 

0:00
0:00
30027

Türkiyənin müdafiə naziri Hulusi Akarın olduğu təyyarə təcili eniş edib.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb təyyarənin quş dəstəsinə çırpılaraq pəncərəsinin çatlaması olub. 

Məlumata görə, Qaziantep hava limanından qalxan təyyarə Adana 10-cu Tanker Bazası Komandanlığına təcili enib.

Qeyd edək ki, bu gün H.Akar Baş qərargah rəisi general Yaşar Gülər və Quru Qoşunları Komandanı general Ümit Dündarın müşayiəti ilə Türkiyə ordusunun Suriyanın şimalında yerləşən sərhəd xəttindəki mövqelərində araşdırma və nəzarət həyata keçirib. Hadisə heyət geri dönərkən baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin