Kəlbəcərdə ağır yara alan erməni əsgərin atası: “Hərbçilərin təhlükəsizliyi təmin edilmir”

Hazırda oxunan: Kəlbəcərdə ağır yara alan erməni əsgərin atası: “Hərbçilərin təhlükəsizliyi təmin edilmir”

29858

Ermənistan-Azərbaycan sərhədindəki atışma nəticəsində ağır yaralanan çağırışçı Arman Atasyan özünə gəlib, onun həyatı təhlükədə deyil”.

Bizim.Media xəbər verir ki, Armanın atası Gurgen Atasyan bu barədə news.am-a danışıb.

"Allaha şükür, artıq özünə gəldi, danışır, həkimlər onun həyatının təhlükədə olmadığını söyləyirlər" deyə o, Armanın əməliyyat olunduğunu və böyrəyinin götürüldüyünü qeyd edib.

Armanın hansı şəraitdə yaralandığını soruşduqda, Gurgen Atasyan detalları haqqında çox şey bilmədiyini deyib.

Yalnız onu bilir ki, erməni və azərbaycanlı hərbçilər arasında döyüş olub, nəticədə üç hərbçi yaralanıb.

“Dumanda döyüş olub və yaralanıb. 7-8 metrlik bir mövqe  tutublar. Ancaq bu necə mövqedir ki, uşaqları aparıb ora soxublar. Üç müharibədən keçdim, nədən danışdığımı bilirəm: bu, mövqe , səngər deyil, hansısa anormal yerdir”, deyə Gurgen Atasyan əlavə edib.

O, oğlunun 1 il 1 gün xidmət etdiyini bildirib.

Gurgen Atasyana görə, bu mövqelərdəki hərbçilərin təhlükəsizliyi təmin edilmir, çünki aralarındakı məsafə ən azı 30-40 metr olmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin