QARABAĞ YOLU: Şuşa yolunda bir neçə körpü tikiləcək

Hazırda oxunan: QARABAĞ YOLU: Şuşa yolunda bir neçə körpü tikiləcək

2980

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamına əsasən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu inşa olunacaq.

Yolun uzunluğu 101,5 kilometr olacağı planlaşdırılır. Artıq 3 gündür ki, yol tikintisinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözü gedən yolun hər bir istiqaməti üzrə 3 hərəkət zolağlı olacaq. Yolun tam tikintisi 1 il 6 aya yekunlaşacaq.


Ümumilikdə isə yolun 6 hərəkət zolağlı olması nəzərdə tutulur.

“Yolun inşasına Əhmədbəyli kəndindən başlanılacaq. Bu kənd Bəhrəmtəpə-Mincivan-Ermənistan sərhəddinə qədər uzanır:

“Həmin magistralın Horadizdən başlayaraq Ermənistan sərhədinə qədər olan hissəsi işğalda idi. İndi magistral yolun yenidən qurulması planlaşdırılır”. 

''Cəbrayıl, Qubadlı, Zəngilan iri yaşayış məntəqələrimizin yol tikintisindən danışan qurum sözçüsü əlavə edir ki, Qubadlıdan Laçına həmin yol vasitəsilə getmək mümkün olacaq''.

''Bu yolun da 6 zolaqlı olması planda var. Yolun layihə planı təsdiqlənən kimi işlərə başlanılacaq''.

''Həmçinin Kəlbəcər-Ağdam istiqmətində də növbəli şəkildə yol inşa ediləcək”.

''Ümumilikdə  bizim işğal altında olan ərazilərimizdə 2661 km yolumuz vardır''. 

“Bu yollarla cənab prezident İlham Əliyev Xüdafərin-Cəbrayıl-Füzuli istiqamətinə səfər edəndə tamamilə dağılımış vəziyyətdə olduğnu müşahidə etdik.

''İri yaşayış məntəqələrindən başlanılaraq mərhələli şəkildə işlər aparılacaq”.

Anar Nəcəfli işğal olunmuş ərazilərimizdə 100-ə yaxın körpülərimiz olub deyir, indi onların da araşdırılması gedir:

“Şuşa yolunda bir neçə ədəd körpü tikiləcək.

Eyni zamanda Mincivan- Ermənistan sərhədinə qədər olan magistralın tikilməsi zamanı tunel və körpülərin inşası da nəzərdə tutulur”, -deyə əlavə edib.

Gülşanə Mustafayeva,Bizim.Media

 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin