Gənclər hərəkətə keçdi - “Qarabağ meşələrini qoruyaq!” - FOTO

Hazırda oxunan: Gənclər hərəkətə keçdi - “Qarabağ meşələrini qoruyaq!” - FOTO

2955

DAVAM” Ümumrespublika Gənclər Hərəkatı “Qarabağ meşələrini qoruyaq!” adlı beynəlxalq kampaniyaya start verdiyini ölkə ictimaiyyətinə bəyan edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı keçirilən mətbuat konfransında “DAVAM” Ümumrespublika Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, idarə heyyətinin üzvləri Sabir Rüstəmov və Reyhan Camalova iştirak ediblər.

Bildiyiniz kimi, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli bəyanat imzalanıb.

Bu bəyanatdan irəli gələn məssələlərdə işğal altında olan rayonlarımızın geri qaytarılma qrafiki yer alıb.

Lakin mənfur xislətli düşmən qrafikə əsasən bu ərazilərdən çıxma prosesində maksimum şəkildə bu bölgəyə ziyan vuraraq, bu əraziləri tərk etməyə çalışır.

Qarabağ meşələri, tərk edilən evlər yandırılır, ekologiyaya və bölgənin flora, fauna örtüyünə böyük ziyan vurulur.

Biz bu ekoloji terroru sosial medianın erməni seqmentinin paylaşımlarında aktiv şəkildə görürük.

Azərbaycanın son dönəmlərdə xarici siyasətinin hücum diplomatiyası istiqamətində olduğunu nəzərə alaraq, “DAVAM” Ümumrespublika Gənclər Hərəkatı məhz düşmənin bu addımlarını beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq, ekologiya və ətraf mühitin mühafizəsi ilə məşğul olan beynəlxalq təşkilat və siyasi təsisatların Azərbaycan ərazilərində baş verən bu ekoloji terrora münasibət bildirmələrinə və Ermənistana beynəlxalq təzyiqin göstərilməsinə çağırışlar edəcək.

Birləşmiş Millətlər Təşkilatı, Avropa Parlamentinin Yaşıllar – Azad Avropa Birliyi fraksiyası, bu fraksiyada təmsil olunan 16 üzv ölkənin Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Finlandiya, Fransa, İrlandiya, Latviya, Litva, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, İspaniya  və İsveçin yerli partiyalarına real vəziyyəti əks etdirən məktub və xüsusi dizaynda hazırlanmış təqdimatlar göndəriləcək.

Bu işlərə paralel artıq 16 noyabr axşam 21:00-dan etibarən davamçı gənclər dünyada və ölkəmizdə aktiv istifadə olunan sosial media platformaları facebook, twitter və instagram üzərindən #StopArmenianEcoTerrorism hashtag-i ilə paylamışlar edərək, sosial media istifadəçilərinin, beynəlxalq təşkilat və media quruluşlarının diqqətini bu mövzuya çəkməyə çalışır.

“DAVAM” Ümumrespublika Gənclər Hərəkatı gəncliyi və Azərbaycan ictimaiyyətini bu prosesdə də, Gəncə və Bərdə terrorunda olduğu kimi sosial media üzərindən aktiv vətəndaşlıq mövqeyini ortaya qoymasını xahiş edir.

Qarabağ Azərbaycandır! Qarabağ üçün davam!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin