Bölgədəki hərbi-siyasi vəziyyət gərgin olaraq qalır.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün hökumətin iclasında səsləndirib.
Onun sözlərinə görə, Rusiya bölgədə təhlükəsizliyin və sabitliyin təmin edilməsində əsas rol oynayır:
“Erməni-rus birləşmiş qüvvələr qrupu və Rusiyanın Qarabağdakı sülhməramlı missiyası sabitliyin və sülhün təmin edilməsində əhəmiyyətli iş görür”.
O, Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu da təsdiqləyib.
“Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgədə dinc yaşayışı təmin etmək üçün gördüyü işə sadiqdir”, deyə o, yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
17:40 / 22.07.2021
Paşinyan: “Azərbaycanla sülh danışıqlarına başlamağa hazıram”
Hazırda oxunan: Paşinyan: “Azərbaycanla sülh danışıqlarına başlamağa hazıram”
Hazırda oxunan: Paşinyan: “Azərbaycanla sülh danışıqlarına başlamağa hazıram”
29529
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.