Nikol Paşinyan Robert Köçəryanı və Serj Sarkisyanı təbrik etdi

Hazırda oxunan: Nikol Paşinyan Robert Köçəryanı və Serj Sarkisyanı təbrik etdi

29478

"Ermənistan" və "Mənim şərəfim var" bloklarını parlamentə gəlməsi, hamını isə böhran dövründə  azad və rəqabətli parlament seçkilərinin keçirilməsi münasibəti ilə təbrik edirəm”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan 22 iyul tarixində Ermənistan hökumətinin iclasında səsləndirib. 

Onun sözlərinə görə, Ermənistan tarixində ilk dəfə seçkilər daxili siyasi böhrandan çıxmaq üçün bir vasitə oldu: 

“Əvvəllər isə seçkilər nəticəsində daxili siyasi böhranlar yaranırdı”. 

O, Konstitusiya Məhkəməsinin qərarını bir daha xatırladıb:

“Ermənistan parlamentinə erkən seçkilər demokratiyanın normalarına uyğun olaraq keçirildi və son nəticələr xalqın iradəsini əks etdirdi”. 

“Beynəlxalq müşahidə missiyalarının məlumatlarına görə, parlament seçkiləri rəqabətli keçdi, azadlıqlara və hüquqlara hörmət edildi. Təşviqat imkanları bərabər idi və müəyyən prinsiplərə əməl olundu. Yəni seçkilər demokratiya prinsiplərinə uyğun gəldi”, deyə Paşinyan əlavə edib. 

Paşinyan vurğulayıb ki, parlament 107 deputatdan ibarət olacaq: 

“Vətəndaş müqaviləsi" partiyasının 71, "Ermənistan" blokunun 29, "Mənim şərəfim var" blokunun 7 mandatı var”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin