Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağla bağlı razılaşmaların həyata keçirilməsi prosesi yaxşı gedir.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agnetliyi Putinin sözçüsü Dmitri Peskova istinadən yayıb.
O, jurnalistlərə verdiyi açıqlamasında deyib ki, Rusiya prezidenti Vladimir Putin həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla daim əlaqədədir.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevlə Putinin əsas müzakirə mövzusu nə olub? – SON GƏLİŞMƏ
"Ümumiyyətlə, bu istiqamətdə işlər yaxşıdır. Bilirsiniz ki, üçtərəfli razılaşma Prezident Putinin çox enerjili iştirakı ilə bağlanmışdı və yeni danışıqlarda da onun birbaşa rolu var. O, Prezident İlham Əliyevlə və Baş nazir Nikol Paşinyanla həmişə təmasdadır. İndi əldə edilmiş razılaşmaların tətbiqi və icrası ilə məşğuluq”, deyə Peskov əlavə edib.
"Vasitəçilik səyləri barışığa, sabitliyə və mövcud razılaşmaların həyata keçirilməsinə kömək edərsə, buna sevinməliyik". Peskov “Rusiya Fransanın Qarabağ münaqişəsilə bağlı danışıqlara qatılmasına necə baxır?” sualına cavab verərkən belə deyib.
“Əgər bu, sülh gətirəcəksə, yalnız alqışlamaq olar”.
Qeyd edək ki, Fransa, Rusiya Federasiyası və ABŞ ATƏT-in Qarabağ üzrə Minsk Qrupunun həmsədridir.
Bizim.Media