Bu ölkədə məcburi hərbi çağırış 2023-cü ildən ləğv ediləcək

Hazırda oxunan: Bu ölkədə məcburi hərbi çağırış 2023-cü ildən ləğv ediləcək

29294

Ukraynada məcburi hərbi çağırış 2023-cü ildən ləğv ediləcək. NATO-ya üzv olmaq yolunda belə bir addım atılmalıdır.

Bizim.Media xəbər verir ki, bu barədə yerli KİV-ə müsahibəsində Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının rəhbəri Aleksandr Korniyenko bildirib.

Onun sözlərinə görə, Prezident Vladimir Zelenski tərəfindən imzalanan hərbi strategiya tədricən həyata keçirilməyə başlanılıb.

Bu islahatlara məcburi çağırışın ehtiyatda olan xidmətlə əvəzlənməsi də daxildir.

“Bu, artıq 2023-cü ildən mümkündür. Hərbi çağırış məntəqələrində də islahat aparılacaq. Bütün bu islahatlar NATO-ya üzvlük planı ilə əlaqəli olduğu üçün gözlənilir. Hərbi islahat davamlı olaraq aparılacaq”,- deyə Aleksandr Korniyenko əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin