Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Arşak Karapetyanın ölkənin müdafiə nazirinin birinci müavini təyin edilməsi barədə sərəncam imzalayıb.
Bizim.Media Ermənistan mətbuatına istinadla xəbər verir ki, Karapetyan son təyinatına qədər Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin birinci müavini vəzifəsini tutub.
MÖVZU İLƏ BAĞLI:
Paşinyanın sabiq müşaviri müdafiə naziri olacaq?
Xatırladaq ki, bu gün Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan istefa verib.
Bununla bağlı isə sərəncamı ölkə prezidenti Armen Sarkisyan imzalayıb.
Bizim.Media