"O gecə şəhadətə doğru getmək üçün bir an tərəddüd etməzdim" - ƏRDOĞAN

Hazırda oxunan: "O gecə şəhadətə doğru getmək üçün bir an tərəddüd etməzdim" - ƏRDOĞAN

28718

"O gece çevrilişə cəhd edənlər Marmaris və ya İstanbulda qarşımızda dursaydılar şəhadətə doğru getmək üçün bir an belə tərəddüd etməzdim"

Bizim.Media xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş vermiş 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı danışarkən bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Bizə dedilər Qarabağda nə işiniz var” - Ərdoğan


"15 iyulda küçələrə çıxan, yolları dolduran və çevrilişə cəhd edənləri qovan qəhrəmanlarımız sayəsində bir daha Türkiyənin keçilməz olduğu görüldü.

Allah şahiddir və xalqım əmin ola bilər ki, onlar o gecə Marmarisdə və ya İstanbulda qarşımızda dursaydılar, şəhadətə doğru getmək üçün bir an belə  tərəddüd etməzdim.

Qeyd edək ki, 2016-cı il 15 iyul tarixində Türkiyədə mövcud hakimiyyəti devirmək məqsədilə İstanbul və Ankarada dövlət çevrilişinə cəhd baş vermiş, bu cəhdin qarşısını almaq üçün meydanlara çıxan xalqa atəş açılmış və 251 nəfər şəhid olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin