Hazırda ermənilərin nəzarətində olan Əsgəranın Xramort kəndindəki məktəb erməni diasporunun hesabına təmir ediləcək.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Suriyanın "Gandzasar" erməni icmasının nəşri yayıb.
Mənbə bildirir ki, vəsait "Ay data" ("Erməni ədaləti") təşkilatının Avropa Bürosunun, Belçika və Qarabağın dostluq qrupunun səyləri ilə toplanıb.
Təmirdən əlavə məktəb yeni tədris avadanlığı ilə təmin ediləcək. Xramort kəndində Hadrut bölgəsinin sakinlərinin məskunlaşdığı deyilir.
Xatırladaq ki, 2-ci Qarabağ müharibəsindən öncə də erməni diasporu Qarabağ ermənilərinə külli miqdarda vəsait göndərmişdilər. Həmin pulların hesabına Göyçə mahalından Kəlbəcərə yol çəkilmişdi, Xankəndində bəzi binalar tikilmişdi. Digər ərazilərdə isə ermənilər 30 ildən çoxdur ki, bir daşı daş üstünə qoymamışdılar, əksinə azərbaycanlıların evlərini sökərək həmin daşlardan səngər qurmuşdular.
Bizim.Media
- A-
- A
- A+
Region
19:38 / 11.07.2021
Erməni diasporu yenə Qarabağa pul göndərir
Hazırda oxunan: Erməni diasporu yenə Qarabağa pul göndərir
Hazırda oxunan: Erməni diasporu yenə Qarabağa pul göndərir
28230
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.