Tiflisdə insanlar yenidən küçələrə axışdı – Tələbləri hökumətin istefasıdır

Hazırda oxunan: Tiflisdə insanlar yenidən küçələrə axışdı – Tələbləri hökumətin istefasıdır

28218

Polislə toqquşmalarla müşayiət olunan müxalifətin mitinqi hakim "Gürcü arzusu" (GA) partiyasının Tiflisdəki ofisinin qarşısında baş tutub.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Novosti-Georgia” nəşri yayıb.

Mənbə yazır ki, mitinq LGBT cəmiyyətinin əleyhdarları tərəfindən döyülən Pirveli TV şirkətinin operatoru Lekso Laşkaravanın ölümünə cavab olaraq planlaşdırılıb.

Parlament üzvlərinin toplantısına paralel olaraq, müxtəlif ictimai hərəkatların və siyasi partiyaların fəalları GA-nın ofisinin qarşısında toplanırlar.

Aksiyanın iştirakçıları arasında “Birləşmiş Milli Hərəkat”ın sədri Nika Melia, Lelo partiyasının lideri Mamuka Xazaradze, Droa hərəkatının qurucusu Elene Xoştaria və başqaları var.

Onlar hakimiyyət nümayəndələri ilə görüşməkdə israrlıdırlar, lakin əsas tələbləri hökumətin istefasıdır.

Gürcüstan Daxili İşlər Nazirliyi etirazçıları sərbəst toplaşmaq qanununun hüdudlarından kənara çıxmamağa və təşkilatçıları şiddət təşviqinə yol verməməyə çağırıb.

Hazırda on nəfərə qədər etirazçı həmin ərazidə qalıb. Eyni zamanda müxalif siyasətçilər və vətəndaş fəallar Gürcüstan parlamentinin qarşısında mitinqə hazırlaşırlar. 

Tədbirin saat 18: 00-da başlayacağı deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin