Ermənilər: həqiqi xristianlar, yoxsa kafirlər?

Hazırda oxunan: Ermənilər: həqiqi xristianlar, yoxsa kafirlər?

2807

Müharibə günlərində Roma papası Fransis Qarabağda baş verən hadisələrlə bağlı bəyanatla çıxış etmişdi.

O, Qarabağda mülki insanların, ibadətgahların dağıdılmasına diqqət çəkmiş və bunu faciə adlandırmışdı. Müharibə ərzində Ermənilər Azərbaycanla apardıqları müharibəni etnik müstəvi ilə yanaşı, dini müstəviyə də çəkməyə can atdıqları müşahidə olunurdu.

Sanki münaqişə müsəlman və xristian inancları arasında aparılan “müqəddəs müharibədir”.

Bir sıra Avropalı havadarları da eyni səbəbdən Ermənistanı müdafiə etməyə cəhd göstərir, “din qardaşlığı” amilini əllərində bayraq edirdilər. Bəs əslində vəziyyət necədir: Doğrudanmı ermənilərin “din qardaşları” onların halına bu qədər yanırdı?

Əvvəla onu qeyd edək ki, Ermənilər özlərini dünyada xristianlığı ilk qəbul xalq hesab edirlər.

Onların fikrincə, erməni kilsəsinin yaranması İsanın 12 həvarisinə qədər gedib çıxır. Buna görə də, hər hansı dini mərkəzə bağlı olmadan müstəqil erməni kilsəsinin var olduğunu iddia edirlər.

Qədimliklərini sübuta yetirəcək kilsələri belə olmayan, Azərbaycan ərazilərindəki Alban kilsələrini mənimsəmiş ermənilər dini mərkəz kimi Roma Katolik kilsəsini və Pravoslav kilsəsini də tanımır.

Ermənilər 451-ci ildə çağırılmış Kalxidon kilsə məclisinin qərarlarını tanımaqdan imtina edərək “Dünyəvi kilsədən” birdəfəlik ayrıldıqlarını elan ediblər. Sonrakı tarixlərdə Roma və Pravoslav kilsəsi dəfələrlə erməniləri öz inancına daxil etməyə çalışsa da, bu heç vaxt baş tutmayıb.

Ermənilər inanc olaraq Roma kilsəsinin əksinə monofizitliyi mənimsəyiblər. Onlar İsa peyğəmbərin bir təbiətinin olduğunu, tanrı və insan sifətlərinin birləşdiyini, İsa peyğəmbərin tanrı-insan olduğunu hesab edirlər.

Xristianlığın böyük bir hissəsində bu baxış rədd olunsa da, erməni kilsəsi hələ də bu baxışı izləməkdə davam edir.

Mənimsədikləri inanc etibarilə Erməni Apostol Kilsəsi həm pravoslav (Ortodoks), həm də katolik kilsəsinin ehkamlarına görə bidətçi kilsədir. Daha anlaşılan dillə ifadə etsək, pravoslavlara və katoliklər görə, ermənilər kafirdir, dindən çıxmış insanlardır və xristian deyillər.

Əgər bir erməni pravoslav ya da katolik dininə keçmək istəyirsə, mütləq şəkildə tövbə etməli və təmizlənməlidir. Ancaq bundan sonra o, Roma və pravoslav kilsəsi tərəfindən qəbul oluna bilər.

Erməni din xadimləri isə dini rütbə alarkən katoliklərin və pravoslavların müqəddəs saydıqları adamlara lənət oxumalıdırlar.

Bir daha erməni xislətinin təkcə öz qonşularına yox, hətta öz dinlərinə qarşı da nankor münasibəti aydın olur. Müqəddəs kitab “Qonşunu sev” deyə buyur. Ermənilər isə tarix boyu öz qonşularına yaşatdıqları əzablarla öyünür. 

Roma papasının Ermənistanla bağlığı isə sadəcə olaraq Ermənistanda yaşayan azsaylı katolikə görədir. Ermənistanda 16 min katolik var və Roma papası da 2016-cı ildəki səfəri zamanı katolik xristianların çoxluq təşkil etdiyi Gümrü şəhərini ziyarət etmişdi.

Min ildən artıqdır ki, kafir məzhəbə qulluq edən Erməni Apostol Kilsəsi nəinki dünya xristianlarının, heç Roma papasının da diqqətində deyil. Sən demə, bəzi Avropa ölkələrinin ermənilərə yardımı heç də dini həmrəylik demək deyilmiş.

Əksinə Azərbaycana və onun mütttəfiqlərinə qarşı qərəzi pərdələmək üçün bir vasitə imiş.

Lakin burada özlərini xristian dünyasınının müdafiəçisi hesab edən dövlətlərə bu sualı ünvanlamaq yerinə düşərdi. Siz bunla bütün tarixi və dini fərqliliklərə rəğmən yenə də erməniləri “din qardaşı” qəbul edirsinizmi?

Əgər qəbul edisinizsə, bunu hansı əsasla etdiyiniz olduqca maraqlıdır. Yox əgər ermənilər sizin üçün həqiqətən “dinindən dönmüş”, “kafir”dirlərsə, bəs nə üçün uzun illər münaqişəni dini müstəviyə çəkməkdə bu qədər israr edirdiniz?

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin