Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Suren Papikyan və gürcü həmkarı İrakli Kerseladze konyak içiblər. Onların bu “yeyib-içməyi” sərhəd Debed çayı üzərində yeni körpünün təməlqoyma mərasiminə təsadüf edib.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, gürcü nazir İrəvanla Tbilisiyə yaxşı yaşamaq üçün çoxlu körpü və yol arzulayıb və konyakı son damlasına kimi içib.
MÖVZU İLƏ BAĞLI:
Əsirlikdən qayıdan erməni Azərbaycan musiqisi ilə QARŞILANDI - VİDEO
Kerseladzenin “Bu bizim adətdir. Biz deyirik ki, qədəhdə neçə damcı qalıbsa, qoy o qədər də düşmən olsun” zarafatından sonra erməni nazirin badəsindən ovucuna cəmi bir damcı düşüb.
Həmin konyak damcısı ilə Papikyan düşmən kimi Azərbaycana, yaxud bütövlükdə türk xalqına eyham vurub. Ekspertlər belə düşünür.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media