Paşinyan Xankəndinə getmək istəsə... – Moskva XƏBƏRDARLIQ ETDİ

Hazırda oxunan: Paşinyan Xankəndinə getmək istəsə... – Moskva XƏBƏRDARLIQ ETDİ

27999

Nikol Paşinyana Moskvada sərt şəkildə bildiriblər ki, hazırda Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycanın Xankəndi şəhərinə bir daha səfər etmək olmaz.

Bizim.Media “regnum”a istinadən xəbər verir ki, bunu tanınmış rusiyalı politoloq Stanislav Tarasov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Əsirlikdən qayıdan erməni Azərbaycan musiqisi ilə QARŞILANDI - VİDEO


Siyasi Ekspert əlavə edib ki, diplomatiyanın öz qanunları var:

“Ermənistan üçtərəfli bəyanat imzalayanda etiraf edib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. İndi Nikol Paşinyan Xankəndiyə yalnız Bakının icazəsindən sonra gedə bilər. Hər hansı bir siyasi problemə rus matryoşkası prizmasından baxsanız, məlum olar ki, bir element o birinin içində olmadan son nəticə əldə edilə bilməz. Paşinyan tam dalana dirənib. Problem ondadır ki, Paşinyan elə özü bütün danışıqlar prosesini iflasa uğradıb, indi də düşünür ki, Putin onun bütün səhvlərini düzəldə biləcək. Amma Rusiya Prezidenti bunu etməyəcək. Fransızlar da ona kömək edə bilməyəcək”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin