Oxçuçayı çirkləndirən alman kombinatının bir əməkdaşı tutuldu – Bu şəhərin meri də İrəvana aparıldı 

Hazırda oxunan: Oxçuçayı çirkləndirən alman kombinatının bir əməkdaşı tutuldu – Bu şəhərin meri də İrəvana aparıldı 

27871

Xəbər verdiyimiz kimi, bu gün səhər tezdən Zəngəzur mahalındakı (Sünik vilayəti) Zəngəzur mis-molibden kombinatında axtarışlar aparılıb. Son anda alınan məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları həmin müəssisənin əməkdaşı Armen Andreasyanı saxlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə vilayətin keçmiş qubernatoru, “Dirçəliş Ermənistan” partiyasının lideri, adı çəkilən kombinatın səhmdarlarından biri Vaqe Akobyan “Sputnik Ermənistan” nəşrinə açıqlamasında danışıb.

Əvvəllər bildirilmişdi ki, təhlükəsizlik qüvvələri, həmçinin Kacaran meri Manvel Paramazyanın mənzilində də axtarışlar aparıb. Mer tutularaq İrəvana aparılıb.

Təhlükəsizlik güclərinin hərəkətlərini şərh edən Akobyan bunların siyasi sifariş olduğunu deyib. 

Onun fikrincə, hakimiyyət Kacarandakı son parlament seçkilərində məğlub olduqları ilə barışa bilmirlər. Burada keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” bloku ən çox səs toplayıb.

Akopyan insanların hansı səbəblərdən tutulduğunu, evlərində axtarış aparıldığını söyləməkdə çətinlik çəkib:

“Kacaran meri haqqında da məlumat yoxdur. Yalnız onun İrəvana aparıldığı məlumdur”.

Qeyd edək ki, Oxçuçayı çirkləndirən Zəngəzur mis-molibden kombinatı Almaniyanın CRONIMET Holding GmbH şirkətinin törəməsidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin