Ermənistanda vəzifə uğrunda dava qızışır – Paşinyan bu şəxsləri də ofsaytda saxladı 

Hazırda oxunan: Ermənistanda vəzifə uğrunda dava qızışır – Paşinyan bu şəxsləri də ofsaytda saxladı 

27836

Ermənistan hökumətinin bəzi üzvləri seçkilərdən sonra yüksək vəzifələrini qoruyacaqlar. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Qraparak" qəzeti yayıb. 

Nəşr Paşinyanın ehyamlarına əsasən vurğulayır ki, təhsil, elm, mədəniyyət və idman naziri Vəhram Dumanyan, səhiyyə naziri Anait Avanesyan, əmək və sosial işlər üzrə nazir Narek Mkrtçyan öz vəzifələrində qalacaq. 

Seçkilərə qatılan hakim “Vətəndaş müqaviləsi” partiyasının siyahısında olan namizədlərin çoxu hökumətdə işləməyi üstün tuturlar. 

"Paşinyan Avanesyanı əvvəllər parlamentə göndərmək qərarına gəlmişdi, lakin sonra fikrini dəyişib, çünki onun əvəzini tapa bilməyib. Səhiyyə naziri vəzifəsinə  səhiyyə məsələləri üzrə parlament komissiyasının sədri, spiker Ararat Mirzoyanın qohumu Narek Zeynalyan namizəddir. Ancaq Paşinyan Mirzoyanın ətrafından heç kəsə belə imtiyaz vermək istəmir. Seçkilərdən sonra parlamentdəki mövcud hakim fraksiyanın bir çox nümayəndəsi isə gələcəkdə siyasi talelərinin necə olacaqlarını bilmirlər”, deyə qəzet bildirib. 

Bu günlərdə spiker Ararat Mirzoyanın hansı işə qoyulacağı haqda ciddi müzakirə gedir. Onun yerinə Alen Simonyanı təyin etmək istəyirlər. 

Paşinyan Mirzoyanı sadiq müttəfiq kimi tapmadığından onu indi nə hökumətdə, nə də parlamentdə görmək istəmir. Vatikandakı keçmiş səfir Mikael Minasyanın Mirzoyanın agentlik fəaliyyəti barədə informasiya "sızdırması" spikerin gələcək karyerasına son dərəcə mənfi təsir göstərib. Vitse-spiker Lena Nazaryan da oxşar vəziyyətə düşüb.  

Paşinyan bu xanımı da bir daha bu vəzifədə görmək istəmir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin