Tiflisdəki mitinqlərdə 100 nəfər tutuldu – LGBT QALMAQALI 

Hazırda oxunan: Tiflisdəki mitinqlərdə 100 nəfər tutuldu – LGBT QALMAQALI 

27669

Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları Tiflisdə LGBT cəmiyyətinə qarşı və əvvəllər döyülmüş jurnalistlərə dəstək mitinqlərində 100 nəfəri saxlayıblar.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “gazeta.ru” saytı ölkənin Daxili İşlər Nazirliyinə istinadən yayıb.

“Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanun pozuntularına yol verilməsi faktı ilə əlaqədar olaraq 100 nəfər inzibati qaydada həbs olundu”. Bəyanatda belə deyilir.

68 nəfərin sənəd imzaladıqdan sonra sərbəst buraxıldığı, qalanlarının müvəqqəti saxlama mərkəzində olduğu bildirilir.

Xatırladaq ki, 5 iyul səhər tezdən LGBT cəmiyyətinin əleyhdarları “Tbilisi Pride”in ofisinə girərək göy qurşağı bayraqlarını yerə atıblar.

Onlar, həmçinin şəhərin mərkəzində gəzərək göy qurşağı simvolları olan insanları axtarıblar. Media nümayəndələri də hücuma məruz qalıb.

Tədbir iştirakçılarına və jurnalistlərə edilən hücumdan sonra LGBT icmasının təşkil etdiyi “Ləyaqət marşı” ləğv edilib.

Təşkilatçılar əlavə ediblər ki, iştirakçıların təhlükəsizliyini riskə ata bilməzlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin